Suriya İsrail rejiminin pilotsuz təyyarəsini ələ keçirib - VİDEO

Maide.az "Səna" Agentliyinə istinadən xəbər verir ki, Suriya ordusu İsrailə aid pilotsuz təyyarəni ələ keçirib.
 
Silahlı qüvvələrin sözçüləri "Skylark 1" tipi pilotsuz təyyarəni Quneitra şəhəri yaxınlığındakı Adar kəndində ələ keçirib. Bu yer İsrail tərəfindən 1967-ci ildə Altı Günlük müharibədən sonra ilhaq edilən Holan təpələri bölgəsi yaxınlığında yerləşir.
 
Agentlik tərəfindən dərc olunan fotoşəkillərdə pilotsuz təyyarə həm bütöv, həm də ayrı-ayrı bloklar halında görünür. Fotoşəkillərin birində texnikanın gövdəsindəki İbrani dilində yazılmış lövhə gözə dəyir. 
 
Açıqlamada bildirilir ki, bu tip pilotsuz təyyarə İsrail şrejiminin "Elbit" şirkəti tərəfindən istehsal edilir. Təyyarənin uzunluğu 200 sm, qanadlarının ucları arasındakı məsafə isə 312 sm-dir. 20 km məsafəyə qədər uça bilir.
 
 
 

Google+ WhatsApp ok.ru