Suriya XİN: ‘Türkiyə sudan siyasi məqsədlər üçün sui-istifadə edir’

Suriya XİN: ‘Türkiyə sudan siyasi məqsədlər üçün sui-istifadə edir’

Suriya Xarici İşlər Nazirliyi yayımlanan açıqlamada, Türkiyənin, Hasakə vilayətinin sakinləri və ətraf ərazinin sakinlərinin siyasi məqsədlər üçün içməli suyun kəsməsini qınayıb.
 
“Türkiyə rejimi və muzdluları ABŞ hökumətinin köməyi ilə Suruya sakinlərinin suyunu kəsərək, bundan dinc sakinlərə qadınlara, uşaqlara və qocalara qarşı silah kimi istifadə etməklə cinayət törədir”, - deyə nNazirlik açıqlamasında bildirib.
 
Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Suriya XİN-i, cinayətin davam etməsi ilə əlaqədar xəbərdarlıq edib:
 
"Suyun müharibə silahı olaraq istifadəsi dəhşətli humanitar nəticələrə səbəb olacaq". Nazirlik, həmçinin Birləşmiş Millətlər Təşkilatını, xüsusən də BMT-nin Humanitar Məsələləri Koordinasiya İdarəsini və AB-nə üzv dövlətləri bu məsələdə öhdəliklərini yerinə yetirməyə çağırıb. İki həftə əvvəl Türkiyə və onu dəstəkləyən terrorçu tərəflər Suriyanın şimal-şərqindəki Hasakə əyalətinin sakinlərinin içməli suyunu bağladı. Türkiyənin bu hərəkətləri nəticəsində bir yarım milyondan çox suriyalı Hasakə şəhərində və ətraflarında içməli su qıtlığı ilə üzləşdi.
 

Google+ WhatsApp ok.ru