Təkfirçilər Filippində iki şiəni qətlə yetirib

Təkfirçilər Filippində iki şiəni qətlə yetirib

Filippinin Maravi şəhədində iki şiə cümə günü namazdan sonra evlərinə gedərkən yolda təkfirçi terrorçuların silahlı hücumuna məruz qalıblar və şəhid olublar. 
 
Maide.Az xəbər verir ki, Maravi şəhərinin Pamping xiyabanında baş verən hadisənin məsuliyyətini Əbu Siyaf təkfirçi terrorçu qrupu üzərinə götürüb. Terrorçu qrup həmçinin elan edib ki, Maravi şəhərində şiələr əleyhinə hücumları daha da artıracaq. 
 
Marawi şəhərinin əhalisinin 99 faizi müsəlmandır. Bu şəhərdə sünnilər və şiələr birgə yaşayırlar.  
 
Əbu Siyaf təkfirçi qrupu Filippində 1991-ci ildən fəaliyyət göstərir. Bu terrorçu qrup 2004-cü ildə Filippində baş verən ən faciəvi terror hadisəsini də törətdiyini etiraf etmişdir. Bu terror zamanı 100 filippinli həyatını itirmişdir. 
 
Əbu Siyaf tərkfirçi qrupu İŞİD terror qruplaşması ilə beyət etdiyini və bu terror qruplaşmasına bağlılığını elan edib. 
 

Google+ WhatsApp ok.ru