Ötən il 31 milyon nəfər köçkünə çevrilib 23 May 2017 01:00 Dünya Ötən il münaqişələr, zorakılıq, təbii fəlakətlər 31 milyondan çox insanı ölkəiçi məcburi köçkünə çevirib. Bu haqda mayın 22-də yeni hesabat açıqlanıb. Hesabatı Daxili Köçkünlüyün Monitorinq Mərkəzi (IDMC) və Norveç Qaçqın Şurası (NRC) hazırlayıb. Hesabatda məcburi köçkünlə (IDP) qaçqınlar arasında fərq qoyulur. Bildirilir ki, məcburi köçkün hüquqi status deyil, çünki bu şəxslər öz hökumətlərinin yurisdiksiyasında qalırlar. Sığınacaq məqsədilə beynəlxalq sərhədi keçən şəxslərsə qaçqın sayılır. NRC baş katibi Jan Egeland deyib ki, hazırda məcburi köçkünlərin sayı qaçqınları üstələyir və məcburi köçkünlük məsələsi qlobal gündəmdə yerini tutmalıdır. Hesabatda bildirilir ki, ötən il donor ölkələrdə qaçqınların yerləşdirilməsinə daha çox vəsait ayrılıb, nəinki məcburi köçkünlərin çox olduğu ölkələrə. 6.9 milyon nəfər münaqişələr səbəbindən məcburi köçkünə çevrilib. Onlardan 2.6 milyonu Saharaalatı Afrikada, 824 mini Suriyada, 659 mini İraqda, 653 mini Əfqanıstanda, 478 mini Yəməndədir.(azadliq.org) Teqlər : #Ötən il 31 milyon nəfər köçkünə çevrilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan ilə BƏƏ arasında Anlaşma Memorandumu imzalanıb İnsanlar 3 min ədəd gülü çaya atmaqla Bosniya və Herseqovinada şəhidlərin xatirəsini andı - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO