Ötən ay 35 fələstinli uşaq həbs edilib, işgəncəyə məruz qoyulub - HESABAT

Ötən ay 35 fələstinli uşaq həbs edilib, işgəncəyə məruz qoyulub - HESABAT

İşğalçı İsrail rejimi sentyabr ayı ərzində 35 fələstinli uşağı həbs edib, məhkəmə qaydası ilə onları 12 600 ABŞ dolları məbləğində cərimə cəzasına məhkum edib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar üzrə Komissiyanın dünənki hesabatında deyilir.
 
Bildirilib ki, yaşları 18-dən aşağı olan fələstinli məhbuslar Rəmallah yaxınlığındakı Ofer hərbi düşərgəsində saxlanılıblar. Uşaqların dördü gecə reydləri zamanı evlərindən, 20-si küçələrdən, yeddisi işğal altındakı bölgələrdə qurulmuş keçid məntəqələrindən, üçü polis şöbəsinə izahat üçün çağırıldıqdan sonra, biri isə "icazəsiz" olaraq İsrail ərazisində olduğuna görə həbs ediliblər.
 
Hesabatda deyilir ki, uşaqların 14-ü həbs edilərkən amansızlıqla döyülüblər, 20 nəfərə 31 gündən 9 ayadək həbs cəzası tətbiq edilib, iki nəfər isə heç bir səbəb göstərilmədən inzibati qaydada həbs ediliblər.
 
Hesabatda vurğulanıb ki, azyaşlıların həbsi onların gələcəyini təhlükəyə salmaqla beynəlxalq hüquqa və uşaqlarla bağlı konvensiyayaya tamamilə ziddir.

Google+ WhatsApp ok.ru