Tacikistanda müxalifət rəhbərinə 17 il həbs cəzası verdilər

Tacikistanın paytaxtı Düşənbədə şəhər məhkəməsi müxalif aktivist Umedjon Solehovu prezidentə təhqir və qanunsuz təşkilata üzvlüyə görə 17 il həbsə məhkum edib.
 
Maide.az xəbər verir ki, məhkəmə həmçinin Solehovun cəzasını çəkdikdən sonra beş il müddətinə kommersiya və ictimai fəaliyyət göstərməyəcəyi barədə da qərar çıxarıb. 
 
Qeyd edək ki, Solehov ötən ilin oktyabr ayında tacik miqrant işçilərin qatıldığı toplantıdakı çıxışında prezident Emoməli Rahmonun istefasını tələb etmişdi. Bu görüşdən sonra o, Rusiyada həbs olunaraq ölkəsinə ekstradisiya olunmuşdu.
 
Solehov məhkəmədə heç zaman "Grup-24" müxalifət hərəkatına üzv olmadığını açıqlayıb. Keçən il bu hərəkat sosial şəbəkələr vasitəsilə insanları hökumət əleyhinə mitinqlərə dəvət etdikdən sonra tacik rəsmiləri yüzlərlə veb saytı bağlamış və bu hərəkəti qeyri-qanuni elan etmişdi.
 
Xatırladaq ki, bu gün Türkiyədə öldürülən Tacikistan müxalifətinin lideri Umarali Kuvatov "Grup-24" hərəkatının yaradıcısı idi.

Google+ WhatsApp ok.ru