Taliban Fərah vilayətinə yenidən hücum etdi 17 May 2018 01:00 Dünya -- Vilayət mərkəzində dərslər dayandırıldı Əfqanıstanda Taliban terror qruplaşmasının üzvləri ölkənin qərbindəki Fərah vilayətinin mərkəzinə ikinci dəfə hücum təşkil edib. Maide.Az «Dünya Bülleteni»-nə istinadən xəbər verir ki, polis uniformasında olan Taliban terrorçuları dünən gecə saatlarında Fərah vilayət mərkəzinə təkrar ağır silahlarla hücuma keçib. Terrorçuların, xüsusilə Fərah Polis İdarəsi və mərkəzi həbsxana binalarını hədəf aldığı , bölgədən güclü partlayış səslərinin eşidildiyi bildirilir. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən toqquşmanın davam etdiyi qeyd edilib. Vilayət mərkəzində dərslər dayandırıldı Təhsil Nazirliyi, Fərah vilayətindəki toqquşmalar üzündən rayon mərkəzindəki məktəblərdə təhsilə ara verildiyini bildirdi. Qeyd edək ki, Taliban terrorçularının 12 may tarixində Fərah vilayətinin mərkəzinə dörd tərəfdən etdiyi hücumda 30 nəfər dünyasını dəyişmişdi. Vilayət mərkəzinin bir hissəsini ələ keçirən Talibana qarşı başladılan əməliyyatda 200 terrorçu məhv edilmişdi. Teqlər : #Taliban Fərah vilayətinə yenidən hücum etdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhəmməd İbrahim Zəkzaki: hələ də ata-anamdan xəbərsizəm Fransada hava limanı ərazisini zəbt edən etirazçılara qarşı əməliyyat
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO