Taliban həbsxanasından onlarla məhbus azad edilib 17 İyul 2018 01:00 Dünya -- 54 nəfər Əfqanıstan rəsmiləri ölkənin cənubundakı Helmand vilayətində Taliban həbsxanasından onlarla məhbusun azad olunduğunu bildirir. Onların arasında təhlükəsizlik əməkdaşları və dinc sakinlər var. Buraxılanların dəqiq sayı bəlli deyil. Vilayət valisinin sözçüsü Omar Zwak iyulun 17-də deyib ki, xüsusi qüvvələrin reydindən sonra, iyulun 16-da axşam həbsxanadan 54 nəfər azad olunub. Onlardan 32-si dinc sakin, 16-sı polis, 4-ü əsgər, 2-si hərbi həkimdir. Onları dəmir barmaqlıqlar arxasına yaraqlılar atıb. Təhlükəsizlik qüvvələrinin ərazini hələ də qoruduğu bildirilir. Taliban bu reydlə bağlı xəbərlərə, hələlik, münasibət bildirməyib. Ancaq Helmanddakı rayonların çoxu yaraqlıların əlindədir. Son vaxtlar vilayət rəsmilərinə, təhlükəsizlik qüvvələrinə hücumları gücləndiriblər. Xüsusi qüvvələrin sözçüsü Jawid Saleem isə 45 nəfərin azadlığa buraxıldığını bildirib. Teqlər : #Taliban həbsxanasından onlarla məhbus azad edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqın baş naziri: “Bəziləri nümayişlərdə ixtişaş yaratmaq məqsədi güdülür” Həcci siyasiləşdirən Səudiyyə rejimi məhkəməyə verildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO