Taliban yaz hücumlarını açıq elan edir 25 Aprel 2018 01:00 Dünya -- hücumların “amerikalı işğalçıların əzilməsi, öldürülməsi və əsir götürülməsinə” fokuslanacağını bildirib Əfqanıstandakı Taliban silahlı qruplaşması aprelin 25-də onlayn bəyanat yayaraq yaz hücumları mövsümünü açıq elan edib. Qruplaşma “Al-Khandaq” adını verdiyi hücumların “amerikalı işğalçıların əzilməsi, öldürülməsi və əsir götürülməsinə” fokuslanacağını bildirib. Amerikalıların “daxildəki tərəfdarları” – Əfqanıstan hökuməti və hərbçiləri isə ikinci dərəcəli sayılıb. Bəyanatda hücumun Talibanın Hərbi Komissiyası tərəfindən təşkil olunduğu bildirilir. Bu arada Əfqanıstanda yeni hücumlar dalğası başlayıb. Aprelin 24-də Fərah və Qəzni vilayətlərində Talibanın ayrı-ayrı hücumlarında azı 11 əfqan əsgər və polis əməkdaşı öldürülüb. Aprelin 23-də isə Əfqanıstanın qərbində 18 əsgər və polis əməkdaşı qətlə yetirilmişdi. Teqlər : #Taliban yaz hücumlarını açıq elan edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Paşinyan erməni xalqını VƏTƏNDAŞ İTAƏTSİZLİYİNƏ çağırdı Ruhani: “Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyir”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO