İtaliyada 6,1 bal gücündə zəlzələ baş verib - FOTO

İtaliyada 6,1 bal gücündə zəlzələ baş verib - FOTO

İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

 

Baş vermiş güclü zəlzələ Amatriçe şəhərində ciddi dağıntılara səbəb olub, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir.

 

“Röyters”ə istinadən verilən xəbərə görə, bu barədə Amatriçe şəhərinin meri Sercio Pirozzinin bəyanatında bildirilir.  

 

Ölənlər barədə hələlik məlumat daxil olmayıb.  

 

Həmçinin “RİA Novosti”yə istinadən verilən xəbərə görə, Avropa Seysmoloji Mərkəzin  (EMSC) məlumatında qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla 01.36-da (Bakı vaxtı ilə 05.36-da) qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə  yerləşib. (apa) /

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru