İtaliyada baş verən zəlzələ nəticəsində 120 nəfər ölüb, 368 nəfər xəsarət alıb

İtaliyada baş verən zəlzələ nəticəsində 120 nəfər ölüb, 368 nəfər xəsarət alıb

Ötən gecə İtaliyada baş verən zəlzələ nəticəsində azı 120 nəfər ölüb.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə təbii fəlakət zonasına baş çəkən İtaliyanın baş naziri Matteo Renzi bildirib.

 

Onun sözlərinə görə, yeraltı təkanların episentrinə yaxın Akkumoli və Amatriçe şəhərlərində 368 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar İtaliyada milli matəm günü elan edilib. (apa) /

Google+ WhatsApp ok.ru