İtaliyada qatarların hərəkəti dayandırıldı - Bomba həyəcanı

İtaliyada qatarların hərəkəti dayandırıldı - Bomba həyəcanı

İtaliyanın Abrutso vilayətində dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.
 
Trend-in məlumatına görə, buna səbəb dəmir yolu işçilərinin Montesilvani və Silvi şəhərləri arasında yerləşən xəttdə içərisində məftillər olan sellofan paket aşkar etmələri olub.
 
Hazırda həmin bölgəyə giriş-çıxış bağlanıb.
 
Hadisə yeri polisin nəzarətinə götürülüb, paketin araşdırılması üçün xüsusi briqada gözlənilir.
 

Google+ WhatsApp ok.ru