Tanınmış İslam alimi yol qəzasında dünyasını dəyişib 29 Oktyabr 2015 02:00 Dünya FaktXeber.com-un verdiyi məlumata görə, İslam aləmənin tanınmış ustadlarından sayılan, əslən Ərdəbil şəhərindən olan Adil Mövlayi vəfat edib. O, İranın Qum şəhərinin Cəfəriyyə məntəqəsində avtomobil qəzasına düşüb. Höccətül-İslam Mövlayi Azərbaycanda da bir sıra fəaliyyətlərlə yadda qalıb. Məhz onun elmi səyi nəticəsində “Qafqaz elm dünyasının ulduzları” adlı kitab ərsəyə gəlmişdi. Kitabda Qafqaz ölkələrində yaşayıb-yaratmış 100 nəfər İslam aliminin həyat və fəaliyyətindən bəhs olunur. Kitab iki il yarım ərzində hazırlanıb. Bu müddət ərzində Abbasilər və Səfəvilər dövründən bu yana İslam alimləri, şeyxülislamlar haqqında məlumat toplanıb. Bu kitabın 2013-cü ilin noyabr ayında Qafqaz Müsəlmanları İdarəsində geniş təqdimat mərasimi keçirilmişdi. Teqlər : #Tanınmış İslam alimi yol qəzasında dünyasını dəyişib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnsan haqları fəalları Ərəbistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi - FOTO-VİDEO ABŞ Məhkəməsi işdən qovulan müsəlman sürücülərin lehinə qərar verdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO