Tatarıstan hökuməti ən böyük məscidlərdən birini muzeyə çevirmək istəyir

Maidə.az-ın məlumatına görə, Tatarıstan hökuməti Çistopol şəhərinin ikinci böyük məscidini bağlamaq və onu «muzey» etmək fikrindədir. 
 
Sözügedən məscid 1882-ci ildə Vyat quberniyasının sakini Məhəmməd Zakir Əbdülvahapoviç Məhəmmədzyanov tərəfindən öz vəsaitləri hesabına tikilib. Qədim tikilidə əvvəl mədrəsə yerləşirmiş. 90-cı illərdə müsəlmanlara qaytarılan tikili məscid kimi fəaliyyətini davam etdirir.
 
Məlum olub ki, təşəbbüs Çistopolun bələdiyyə rəisi Rüstəm Həmətov tərəfindən irəli sürülüb. O, qonşu «İman» məscidinə şəhərin bütün imamlarını yığaraq deyib: «Çistopol balaca şəhərdir  və burada 5 məscid var. Bu məscidə ehtiyac yoxdur».
 
O, həmçinin məscidə radikalların yığışdığını bəyan edib. Bu isə imamların xətrinə dəyib: «Onun sözlərindən belə çıxdı ki, onları biz tərbiyə edirik. Belə ciddi ittihamları eşitmək bizləri incidib. Müsəlman icmaların imamları məscidin bağlanaraq Mədəniyyət Nazirliyinə verilməsinin qəti əleyhinədir».
 
Məscidin imamı və yerli əhali imza toplayaraq Tatarıstan müftisinə göndərmək niyyətindədir.
 

Google+ WhatsApp ok.ru