Tbilisidə Cümə məscidində Xocalı soyqırımının qurbanları yad edilib 26 Fevral 2018 02:00 Dünya -- Məsciddə faciə qurbanlarının ruhlarına Quran və dualar oxunub Tbilisidə Cümə məscidində Xocalı soyqırımının qurbanları yad edilib. Maide.Az xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsindən verilən məlumata görə, tədbirdə din xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Fəxri Hacıyev və başqaları çıxış edərək tədbir iştirakçılarına azərbaycanlıların həlak olduğu Xocalı Soyqırımının tarixi barədə ətraflı məlumat veriblər. Sonra Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə azərbaycanlıların həlak olduğu Xocalı Soyqırımı qurbanlarına həsr etdiyi “Xocalı harayı” poemasını söyləyib. Məsciddə faciə qurbanlarının ruhlarına Quran və dualar oxunub, Xocalıda və dünyada qətlə yetirilmiş günahsız insanlara Allahdan rəhmət dilənilib. Tədbirin sonunda ehsan verilib. Teqlər : #Tbilisidə Cümə məscidində Xocalı soyqırımının qurbanları yad edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hollandiyada beynəlxalq Ərbəin film və foto sərgisi təşkil olunacaq `Hökumət `Hizbullah`ı silahsızlaşdırmaq niyyətində deyil` - Səid Həriri
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO