Tbilisidə polis aksiya iştirakçılarının bir neçəsini saxlayıb 26 Noyabr 2019 08:05 Dünya Gürcü polisi Tbilisidə parlamentin binası qarşısında toplaşmış mitinq iştirakçılarını dağıtmaq üçün su şırnaqlarından istifadə edib. "Report"un məlumatına görə, bu barədə "Reuters" bildirib. "Yeni Gürcüstan" Partiyanın lideri Qeorqi Vaşadze bilddirib ki, polis tərəfindən bir neçə nəfər saxlanılıb. Onlar arasında müxalif siyasətçilər də var. Qeyd edək ki, ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti kütləvi aksiya başlayıb. Gürcüstan müxalifətçiləri ilk öncə Birinci Respublika Meydanından parlamentin binasının qarşısına qədər yürüş edib. Gecə saatlarında aksiyaçılar qanunverici orqanın binası qarşısında çadırlar qurublar. Onlar bildiriblər ki, deputatların parlamentin bugünkü plenar iclasında iştirakına imkan verməyəcəklər. Aksiyaçıların tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir. Teqlər : #Tbilisidə,#polis,#aksiya,#iştirakçılarının,#bir,#neçəsini,#saxlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə və Pakistan Norveç millətçilərini Quranı yandırmaq cəhdinə görə qınayıb Albaniyada 6,4 bal gücündə zəlzələ olub, ölən və yaralananlar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO