Tehran prokurorluğu Rusiya şirkətini ittiham edib

İran Tehran-Yerevan istiqamətində uçan təyyarənin qəzaya uğramasına görə Rusiya şirkətini ittiham edib.
 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Tehran Prokurorluğunun təmsilçisi Qazi Şəhriyari bildirib.
Onun sözlərinə görə, "Caspian Airlines" hava şirkətinə məxsus olan və 2009-cu il iyulun 16-da Tehran-Yerevan istiqamətində uçan "Tu-154" sərnişin təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya qərara gəlib ki, qəzaya görə Rusiya şirkəti məsuliyyət daşıyır.
Qeyd edək ki, təyyarənin göyərtəsində 153 sərnişin, o cümlədən iki uşaq və 15 heyət üzvü olub. Ermənistan, Gürcüstan və İran vətəndaşları olan sərnişinlərin hamısı hadisə nəticəsində ölüb. Sərnişinlərin 35-i erməni soyadı daşıyıb. /
 

Google+ WhatsApp ok.ru