Terror hücumları və adam oğurluğu - Əfqanıstanda şiələrin kabusu

Əfqanıstanda  şiələr  terror hücumları və adam oğurluğu kimi ciddi təhlükələrlə üzləşirlər. 
 
Maide.az xəbər verir ki, silahlı yaraqlılar  şiələri oğurlayır və daha sonra  onların  ailələrindən övladlarının azadlığa buraxılması üçün külli miqdarda pul  tələb edirlər.
 
Vəziyyət o qədər ağırdır ki,insanların öz şəhərlərindən digər şəhərə  getməsi  böyük problemə çevrilib.
İnsanlar oğurlanır  və  bəzilərinin azadlığı üçün 20 və ya 40 min dollar pul tələb olunur.
Ailələr övladlarının azadlığı üçün bütün var-yoxlarını satır və  adam oğrularına verirlər.  Bu da şiə ailələrini böyük iqtisadi  çətinliyə salıb. Övladları  qaçırılan və onların  azadlığa buraxılmsı üçün adam oğrularına pul ödəyən ailələr hökumətdən yardım istəyir. /
 

Google+ WhatsApp ok.ru