Terrorçular daha bir məscidi partlatdılar

İŞİD-in İraqın Mosul şəhərində tarixi bir məscidi içində türbə olduğu üçün partlatdığı bildirilir. Heykəl və tarixi motivlərlə zəngin Nimrud şəhəri də dağıdılır. Terrorçular daha əvvəl də Anbarda içində türbə olduğu üçün məscidi dağıtmışdı.
 
İŞİD terrorçularının İraqın Mosul şəhərində Osmanlı dövründən qalma tarixi Həma Kado məscidini partlatdığı bildirilir.
 
Maide.az xəbər verir ki, Kürdüstan Demokrat Partiyası (KDP) Mosul nümayəndəsi Səid Memozini, "Mosulun qərbində yerləşən və Osmanlı dövründə tikilən məscid dünən axşam İŞİD terrorçuları tərəfindən partlayıcı maddə ilə partladılıb. Bu məscidin içərisində kimə aid olduğunu bilmədiyimiz bir türbə vardı. Mosul xalqı hər cümə axşamı və cümə günləri bu türbəni ziyarət edirdi. Bu vəziyyətdən narahat olan terrorçular məscidi partlatdı", - deyib.

Google+ WhatsApp ok.ru