Terrorçular hücum etdi; 45 nəfər həlak oldu

Tunis Daxili İşlər Nazirliyi elan edib ki, ölkənin cənubunda baş verən terror hücumunda ən az 45 nəfər həlak olub.
 
Maide.az xəbər verir ki, terrorçular bazar ertəsi ölkənin cənubunda Liviya ilə Ben Qirdan sərhəd qəsəbəsində polis qərargahına hücum edib. 
 
Hücum zamanı 28 terrorist, 10 təhlükəsizlik qüvvəsi və 7 dinc sakin həlak olub.  Həlak olanlar arasında 3 yaşlı və 12 yaşlı uşaqlar da var. 
 
Qəsəbədə komendant saatı tətbiq olunub. Əhalidən evlərindən çölə çıxmamaq istənilib. /
 

Google+ WhatsApp ok.ru