Terrorçular indi də `kafir` deyərək, sünnüləri də öldürür

İŞİD mürtəd adlandırdığı 12 iraqlının edam görüntülərini yayımladı.
 
Maide.az xəbər verir ki, İŞİD terror təşkilatı tərəfindən yayımlanan görüntülərdə, Tiqrit və Şimali Bağdad vilayətləri olaraq adlandırılan bölgədə həbs olunan 12 iraqlının edam edilməsi yer alır.
 
"Dinindən dönmə" mənasını verən mürtədlikdə ittiham olunan 12 iraqlı sünnü polisdə işləyərək, terror təşkilatın məskunlaşdığı yerin koordinatlarını hökumətə və orduya verməklə günahlandırılıb.
 

Google+ WhatsApp ok.ru