Terrorçuların Hələbin şimali ilə əlaqəsi kəsildi

Maide.az xəbər verir ki, Hələbdə yerli mənbələrin bildirdiyinə görə, Suriya ordusu Rusiyanın hava, İran və Hizbullah qüvvələrinin də qurudan dəstəyi ilə Hələbin şimalındakı Marsite kəndinin nəzarətini ələ keçirərək terrorçuların mühasirəsindəki Nubbul və Zəhra mahallarına çatıb. Nubul və Zəhra mahalları üzərindəki terrorçuların mühasirəsini qıran ordu qüvvələri, terrorçuların Hələbin şimali ilə əlaqəsini də kəsib.
 
Rus təyyarələrinin Hələbin şimalında Marsite kəndi ətrafında terrorçuların olduğu yerləri intensiv şəkildə bombaladığını qeyd edən mənbələr, kənd ətrafındakı münaqişələrdə çoxlu sayda terrorçunun öldürüldüyünü söyləyiblər.

Google+ WhatsApp ok.ru