Texasda “Harvi” qasırğasının qurbanlarının sayı 60-a çatıb 05 Sentyabr 2017 01:00 Dünya ABŞ-ın Texas ştatında “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb. Bu barədə Texas ştatının rəsmi orqanları məlumat verib. Bundan əvvəl 47 nəfərin öldüyü, təqribən 20 nəfərin itkin düşdüyü bildirilirdi. Yeni hesablamalara bilavasitə qasırğa zamanı, həmçinin təbii fəlakətin fəsadlarından həyatlarını itirənlər daxil edilib. Texas ştatının qubernatoru Qreq Ebbot qasırğanın fəsadlarının aradan qaldırılmasına 150-180 milyard dollar vəsaitin tələb olunduğunu bildirib. “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub. Qasırğanın fəsadları Texas ştatının iqtisadiyyatına, o cümlədən biznes, əmək bazarı və şirkətlərin gəlirlərinə ciddi təsir göstərəcək. Dəyən zərərin miqdarı 2005-ci ildə “Katrina” və 2007-ci ildə “Sendi” qasırğalarının vurduğu birgə ziyanı üstələyə bilər.(apa) Teqlər : #Texasda Harvi qasırğasının qurbanlarının sayı 60a çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu şəxslər Rusiyadan deportasiya ediləcək Böyük Britaniya məktəblərində hicab məktəbli geyim formasının tərkib hissəsi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO