Tibb üzrə Nobel mükafatçılarının adları açıqlandı 05 Oktyabr 2015 01:00 Dünya Fiziologiya və tibb üzrə Nobel mükafatının bu il üzrə qalibləri müəyyənləşib. Mükafat amerikalı parazitoloq Uilyam Kempbell, yapon mikrobioloq Satosi Omuraya və çinli Tu Youyou təqdim olunub. Mükafat onlara parazit xəstəliklər sahəsində gördükləri işlərə görə verilib. Stokholmun Karolina universitetindəki Nobel Assambleyası bəyan edib ki, onların bir sıra ən təhlükəli parazit xəstəliklərə qarşı hazırladıqları müalicə üsulları inqilaba səbəb olub. Əslən İrlandiyadan olan Uilyam Kempbell ilə yaponiyalı Omura Askorid parazitlər (yumru qurdlar tipinə aid fəsiləyə daxil olan növlər digərlərindən daha böyük və bəzən uzunluqları 40 santimetrədək olur) sahəsindəki işə, çinli Tu isə malyariyaya qarşı yeni terapiyaya görə layiq görülüb. Mükafatın ümumi dəyəri 960 min dollardır. 2015-ci il üzrə elm, ədəbiyyat və sülh mükafatçıları isə həftənin sonlarında bəlli olacaq. Teqlər : #Tibb üzrə Nobel mükafatçılarının adları açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Polis Komandanı: İran polisi Səudiyyə Ərəbistanında zəvvarların nizam-intizamını təmin etməyə hazırdır Misirli şahid Mina faiciəsindən danışdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO