Trampın milli təhlükəsizlik müşaviri istefa verib 14 Fevral 2017 02:00 Dünya ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn istefa verib. Maide.Az xəbər verir ki, buna yeni rəhbərliyin vəzifəni təhvil almasından əvvəl bir rus rəsmisi ilə “sanksiyaları yüngülləşdirmək” mövzusunda görüş keçirməsi ilə bağlı yaranan qalmaqal səbəb olub. Flynnın Obama rəhbərliyinin hələ vəzifədə olduğu dekabr ayında Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə görüşdüyü bildirilir. İddiaya görə Flynn Obamanın seçkilərin Rusiya tərəfindən manipulyasiya edilməsi səbəbindən tətbiq olunan sanksiyaların qaldırılması məqsədilə görüşüb. “Washington Post”a bir sıra səlahiyyətli şəxsin də doğruladığı iddia Flynnın “sıravi vətəndaşların xarici siyasətə müdaxiləsini qadağan edən qanunları pozduğu” mənasına gəlir. Teqlər : #Trampın milli təhlükəsizlik müşaviri istefa verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda etiraz aksiyası zamanı partlayış olub, ölən və yaralananlar var Həkim: Şeyx Zəkzakinin digər gözü də görmə qabiliyyətini itirir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO