Tramp Rusiyanı BMT-dən çıxarmaq istəyir

Tramp Rusiyanı BMT-dən çıxarmaq istəyir

"Rusiya və Çinin münasibətləri ABŞ-ın fikirləri və Ağ Evin bəyanatı ilə formalaşmır".
 
Bu sözləri ABŞ-ın "Rusiyanı BMT-dən təcrid etmək lazımdır" fikirnə münasibət bildirən Çinin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə departament rəhbəri Huy Tsunyun deyib.
 
"Bu, Amerika tərəfinin fikridir. Mövzud beynəlxalq vəziyyətdən asılı olmayaraq bizim siyasi kursumuz hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın inkişafı və dərinləşməsi üçün dəyişməyəcək",-deyə çinli diplomat əlavə edib.
 
Buna qədər Donald Trampın prezident kürsüsündə əyləşməsinin 100-cü günü tamam olarkən Vaşinqtondan "Rusiyanın təcridi" haqda fikirlər səslənmişdi. Siyasətçilər bu fikrin Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto qoymaq hüququndan məhrum edilməsi mənasına gəldiyini bildirirdilər. (faktxeber)
 

Google+ WhatsApp ok.ru