Tramp Səudiyyə kralı ilə hərbi əlaqələri və neft bazarının vəziyyətini müzakirə edib

Tramp Səudiyyə kralı ilə hərbi əlaqələri və neft bazarının vəziyyətini müzakirə edib

ABŞ prezidenti Donald Tramp ötən gün Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləzizlə qarşılıqlı hərbi əlaqələri, neft bazarındakı son vəziyyəti və habelə bir sıra region və beynəlxalq məsələləri müzakirə edib.
 
Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a  xəbər verir ki, Səudiyyə və ABŞ dövlət başçıları ötən gün telefon təmasında olublar.
 
Tərəflər bu təmas zamanı qarşılıqlı hərbi əlaqələrin vəziyyətini, birgə müdafiə gücünün artırılması məsələlərini müzakirə diblər.
 
Tərəflər həmçinin qara qızılın bazarındakı son vəziyyəti və tərəfləri maraqlandıran bir sıra region və beynəlxalq məsələləri də müzakirə edib.
 
Qeyd edək ki, koronavirus səbəbindən dünya bazarında neftə tələbatın azalması, habelə Səudiyyə Ərəbistanın və Rusiyanın neftin hasilatını lazımi qədər azaltmamasından sonra qara qızıl son 22 ildə ən ucuz qiymətə düşüb. Bunun ardından ABŞ-da şist neftin istehsalı ilə məşğul olan neft şirkətlərinin iflasa uğraması təhlükəsindən sonra Tramp Səudiyyə Ərəbistanına bir neçə dəfə xəbərdarlıq edib. ABŞ hökuməti son xəbərdarlıqda hətta Səudiyyədə olan Patriot havadan müdafiə sistemlərinin və qüvvələrindən bir qisminin çıxarılması barədə qarşı tərəfə mesaj göndərib. /SalamNews /

Google+ WhatsApp ok.ru