Türkiyənin XİN rəhbəri HƏMAS rəhbəri ilə danışıqlar aparıb

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəzza sektoru və İsraililin hücumları ilə əlaqədar intensiv diplomatiya aparır.

Davudoğlu ABŞ dövlət katibi Con Kerri ilə iki dəfə telefonla danışıb. Nazir həmçinin HƏMAS-ın lideri Xalid Məşəl ilə telefon danışıqları aparıb.

Axşam saatlarında Davudoğlu Ankarada Qətərin xarici işlər naziri Xalid bin Məhəmməd əl Atiyeni qəbul edəcək. Görüşdə HƏMAS-a təsirə malik Qətər və Türkiyə kimi iki ölkənin Qəzza sektorundakı vəziyyətin hərtərəfli təhlili aparılacaq. trend /

Google+ WhatsApp ok.ru