Türkiyəli siyasətçi: 100 min ermənini İrəvana sürgün edəcəyik

Ermənistan bütün dünya dövlətini Türkiyəyə qarşı çevirdiyi bir vaxtda biz də buradakı  (Türkiyədəki – red.) 100 min qaçqın erməniyə qarşı rəhmli olmayacağıq.
 
Bunu qardaş ölkənin Böyük Birlik Partiyasının (BBP) rəhbəri Mustafa Destici bildirib.  
 
Partiyasının 22 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Destici hakimiyyətə gəldikləri təqdirdə hansı kökə, hansı məzhəbə aid olmalarından asılı olmayaraq, hər kəsi qəbul edəcəklərini, qeyri-müsəlmanların rahat yaşayışını təmin edəcəklərini bəyan edərək, daha sonra bunları söyləyib:
 
“Amma digər tərəfdən Ermənistan Qarabağda işğal etdiyi torpaqlardan çəkilməzsə, qondarma “soyqırım” nağılı ilə bütün dünyanı Türkiyəyə qarşı çevriməyə çalışarsa, Ermənistanda bir Türkiyə vətəndaşı, bir müsəlmana yaşayış icazəsi verməzsə, o zaman biz də buradakı 100 min qaçqın erməyinə qarşı rəhmli ola bilmərik.
 
BBP hakimiyyətə gəldiyi gün onları İrəvana, Ermənistana göndərəcəyik. Ağıllarını başlarına yığacaqlar. Türkiyə Cümhuriyyəti dövlətinin böyüklüyünü qəbul edəcəklər. Türkiyənin tələblərini qəbul edəcəklər.
 
Ermənistan Azərbaycandakı işğal etdiyi torpaqlardan geri çəkiləcək. Qondarma “erməni soyqırımı” iddiasından əl çəkəcək. Türkiyə dövləti və millətinə qarşı törətdiyi bütün pis əməllərdən daşınacaqlar”.

Google+ WhatsApp ok.ru