Türkiyədə bir milyon dollarlıq banknot müsadirə edilib

Türkiyənin Saruhan rayonunda ABŞ-da məhdud sayda çap olunan sertifikatlı 1 milyon dollarlıq əskinas ələ keçirilib.
 
Maide.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir bildirişi dəyərləndirən Rayon Jandarm Komandanlığı Gölmarmara istiqamətinə gedən avtomobili Kumçay Körpüsü yaxınlığında saxlayıb.
 
Maşında olan E.K. ilə F.G-nin üzərində həqiqət olduğu müəyyənləşdirilən sertifikatlı 1 milyon dollarlıq əskinas tapılıb. ABŞ-da məhdud sayda çap edilən və kolleksiyaçılarla yanaşı böyük təşkilatların banklar arası mübadilədə istifadə etdiyi 1 milyon dollarlıq əskinası müsadirə edən jandarm dəstələri, "xarici valyuta qaçaqmalçılığı, saxtalaşdırma və dələduzluq" etdikləri iddiası ilə 2 nəfəri həbs edib.
 
Bank biletini haradan aldıqlarını və hara apardıqlarını açıqlamayan şübhəlilərin əməliyyatlardan sonra ədliyyəyə göndəriləcəyi bildirilir. Ələ keçirilən əskinasın isə Mərkəz Bankına təslim edilmək üzrə prokurorluğa göndəriləcəyi qeyd olunur.

Google+ WhatsApp ok.ru