Türkiyə prezidenti Ərdoğan Misirdə məhkəməyə verildi

Misirdə Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan haqqında terrorçu elan edilən İxvana verdiyi dəstəyə görə açılan cinayət işi 24 mart 2015-də məhkəməyə çıxarılacaq.
 
Maide.az xəbər verir ki, misirli vəkil Tarık Mahmud Məhəmməd Mursinin devrildiyi 3 iyul çevrilişindən sonra Türkiyə və Ərdoğan haqqında İhvana dəstək verdiyi və çevrilişi tənqid etdiyi üçün cinayət işi açmışdı. İddiaya 24 mart günü İskəndəriyyə məhkəməsində baxılacaq.
 
Cinayət işinin ittiham aktında Türkiyə və Ərdoğan üçün çevrilişi tənqid etmək, terrorçu elan edilən qruplara dəstək vermək barədə bəndlər var. İddianamədə həmçinin Türkiyənin Misirdə zorakılıq hərəkətləri edən qruplara silah verdiyi irəli sürülür.

Google+ WhatsApp ok.ru