Türkiyə təyyarəsində daha bir bomba həyacanı

Maide.az xəbər verir ki, Türk Hava Yollarının İstanbul-Lissabon səfərini həyata keçirən sərnişin təyyarəsi bomba bildirişinə görə Atatürk Hava Limanına geri qayıdıb.
 
Xatırladaq ki, Türk Hava Yollarının İstanbul-Sao Paulo səfərini həyata keçirən təyyarə ötən bazar ertəsi günü tualetində "bomba" yazılmış kağızən tapılmasından sonra Mərakeşin Kasablanka şəhərinə məcburi eniş etmişdi. 
 
Həyəcan əsassız çıxandan sonra təyyarə Sao Pauloya doğru uçmuşdu. 
 
Ötən bazar günü də Tokio təyyarəsində oxşar həyacan verilmiş və təyyarə təcili eniş etmişdi.

Google+ WhatsApp ok.ru