Türkiyə Əfqanıstanda yeni məscid tikdirib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Rəhbərliyi (TİKA) Əfqanıstanın Bəlx vilayətinin Məzari-Şərif şəhərində yeni məscid tikdirib.
 
Maide.az-ın məlumatına görə, TİKA-nın Məzari-Şərif üzrə nümayəndəsi Kamal Qədir Qaradoğan bildirib ki, Əfqanıstanda TİKA tərəfindən müxtəlif sahələrdə yüzlərlə kiçik və böyük layihə həyata keçirilib.
 
Qaradoğan Əfqanıstan və Türkiyə arasında dostluq fəaliyyətlərinin daha da artaraq davam edəcəyini bildirib.
 
Yeni inşa edilən məscid haqqında məlumat verən Qaradoğan bildirib ki, 100 kv.m ərazidə tikilən məsciddə eyni anda 150 nəfər ibadət edə biləcək./

Google+ WhatsApp ok.ru