Türkiyənin yeni parlamentində ilk dəfə 21 hicablı xanım deputat olacaq

Türkiyə parlamenti ilk dəfə hicablı şəkildə seçkilərdə iştirak edərək deputat olan 21 xanımı qarşılayacaq. İndiyənə qədər Mərvə Kavakçı tərəfindən başladılan təşəbbüs yarımçıq qalmışdı. Ancaq bu dəfə Kavakçının bacısı hicabla heç bir problem olmadan Parlamentə daxil olacaq.
Deyerler.org-un "Dunyabulteni" saytına istinadən verdiyi xəbərə görə, 25-ci dövr parlamentariləri 23 iyun saat 15:00-də Türkiyə Böyük Millət Məclisində andiçmə mərasimi üçün toplaşacaqlar. Hicablı şəkildə olma haqqını ancaq keçən dövrün sonunda edilən dəyişikliklə əldə edən xanımlar ilk dəfə Parlamentə hicablı şəkildə daxil olacaqlar.
 
AKP-dən 18, HDP-dən isə 3 olmaqla 21 hicablı xanım deputat bu dövr parlamentində kürsü əldə etməyi bacarıb.
 
28 Fevral prosesində təhsil aldığı universitetdən hicaba görə qovulan və Avropa İnsan Haqları Məhkəməsinə (HMM) iddia qaldıran Leyla Şahin Usta, AKP Konya deputatının bacısı, 1999-cu ildə Parlamentə hicabla gəldiyi üçün qovulan Mərvə Kavakçının bacısı Hicr Kavakçı da AKP-nin İstanbuldan deputatı seçilib./
 

Google+ WhatsApp ok.ru