Türkiyə təyyarələrinə `bomba qoyan` pilot həbs edildi

Türk Hava Yolları (THY) təyyarələrində bomba olması barədə xəbərdarlıqlarla bağlı THY-nin pilotu saxlanılıb.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İstanbul Polis Prefekturasından yaradılan qrup THY təyyarələrinə qarşı bomba xəbərlərinin artmasından sonra araşdırma başladıb.
 
 İstintaq çərçivəsində xəbərdarlıqdan birini THY təyyarəsində xidmət edən pilotin yazdığı aşkar edilib və o saxlanılıb.
 
 Polis digər bildirişlərin də şübhəli tərəfindən göndərilib-göndərilmədiyini araşdırır.
 
 Bu arada THY həmkarının işinə xitam verildiyi və haqqında cinayət işi açılığı bildirilir.

Google+ WhatsApp ok.ru