Türkiyədə daha bir hərbçi terrorçuların silahlı hücumuna məruz qalıb 29 İyul 2015 01:00 Dünya Türkiyədə daha bir hərbi qulluqçu terrorçuların silahlı hücumuna məruz qalıb. Baş çavuş Nazim Altın işə gedərkən güllələnib. Hadisə Ərzurum vilayətinin Xorasan mahalında baş verib. “Üçyol” deyilən ərazidə avtomobili xarab olan hərbi qulluqçu maşından düşən kimi başqa bir avtomobildən ona atəş açılıb. Yaralanan hərbçi Xorasan Dövlət Xəstəxanasına çatdırılıb. Ərazidə genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başlayıb. Xatırladaq ki, dünən də bir türk hərbçi terrorçuların silahlı hücumuna məruz qalıb. Başından ağır yara alan hərbçi xəstəxanada dünyasını dəyişib. Teqlər : #Türkiyədə daha bir hərbçi terrorçuların silahlı hücumuna məruz qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə Silahlı Qüvvələri PKK-nın 130 terrorçusunu zərərsizləşdirib Suriyada 12 milyon nəfər humanitar yardımlara ehtiyaclıdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO