Türkiyədə PKK terror təşkilatının məsul şəxslərindən biri öldürülüb

Türkiyənin Hakkari vilayətinin Çukurca bölgəsində “Andok” kod adlı terrorçu Barış Tekçe öldürülüb.
 
Məhv edilən terrorçu PKK-nın Van vilayəti üzrə məsul şəxslərindəndir. Bu şəxsin Hakkari-Çukurca yolunu bir həftə ərzində bağlayan qrupun lideri olduğu bildirilir.
 
Barış Tekçenin üzərindən müxtəlif fotolar və partladılmağa hazır vəziyyətdə olan qaz balonları tapılıb.
 
Onun rəhbəri olduğu qrup yola mina basdırmaq, körpüdə təxribat törətməyə cəhd edib. Amma hüquq-mühafizə orqanları onların bu cəhdinin qarşını alıb. 

Google+ WhatsApp ok.ru