Türkiyədə 11 jurnalistin ölkədən qaçdığı məlum olub 25 İyul 2016 01:00 Dünya "Report" "Haber7"yə istinadən xəbər verir ki, onlardan 8 nəfəri Türkiyədə Fətullahçı terror təşkilatı (FETO) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı istintaq aparıldığı müddətdə ölkəni tərk edib. Bunlar Abdullah Abdülkadir, Bilal Şahin, Bülent Ceyhan, Fatih Akalan, Fatih Yağmur, Kamil Maman, Mahmut Hazar və Selahattin Selvidir. Digər 3 jurnalist - Ahmet Dönmez, Turan Görüryılmaz və Ufuk Emin Köroğlu isə iyulun 15-də əvvəl Türkiyədən gedib. Qeyd edək ki, İstanbul Prokurorluğu dövlət çevrilişi cəhdinə görə aparılan istintaq tədbirləri çərçivəsində aralarında tanınmış jurnalist Nazlı Ilıcakın da olduğu 42 jurnalistin saxlanılmasına qərar verib. / Teqlər : #Türkiyədə 11 jurnalistin ölkədən qaçdığı məlum olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə-İran dəmir yolu xəttində partlayış KİV: Türkiyə Ermənistanla sərhədlərini aça bilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO