Türkiyədə HDP liderləri və bu partiyadan seçilmiş 12 deputat həbs olunub

Türkiyədə HDP liderləri və bu partiyadan seçilmiş 12 deputat həbs olunub

Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunublar. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, S.Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki evində, F.Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb. 
 
Məlumata görə, F.Yüksəkdağ Yüksekova rayonu Terrorçuluqla Mübarizə İdarəsinə aparılıb.  
 
Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən  verilib.  
 
S.Dəmirtaş və F.Yüksəkdağ iyunda ifadələri  alınması üçün Ankara Cümhuriyyət Baş Prokurorluğunun çağırışına məhəl qoymayıblar.  
 
S.Dəmirtaş və F.Yüksəkdağdan başqa, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buldan ,Türkiyə parlamentinin DHP üzvü olan digər 11 deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.
 
Həbslər Ankara, Diyarbəkir,  Mardin və  digər şəhərlərdə keçirilib.  
 
DHP  PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir. 
 

Google+ WhatsApp ok.ru