Türkiyə: 4,5 min dövlət işçisi işdən azad olunub 09 Fevral 2017 02:00 Dünya Türkiyə rəhbərliyi ötən ilin iyul ayında baş verən dövlət çevrilişiylə bağlı apardığı "təmizləmə işləri" nəticəsində daha 4,5 min dövlət işçisini işdən azad edib. Məlumata görə, işdən azad olunan 4464 nəfərdən 2585-i Təhsil Nazirliyinin, 893 nəfər jandarmanın, 88 nəfər isə TRT ictimai kanalının əməkdaşlarıdır. Xatırladaq ki, ötən ilin iyul ayında Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra ölkə prezidenti Recep Tayyip Erdoğan hadisələrdə əsas rəqibi olan Fethullah Güleni ittiham edib. ABŞ-da yaşayan Fetullah Gülen isə qətiyyətlə ittihamları rədd edir. Buna baxmayaraq , Güleni terror təşkilatının lideri adlandıran Türkiyə hökuməti onun ekstradasiya edilməsini tələb edir. Dövlət çevrilişinə cəhddən sonra ölkə rəhbərliyi tərəfindən 41 min insan həbs edilib, 100 minə yaxın insan işdən azad olunub. Onların hamısı Fethullah Gülenlə əlaqədə ittiham olunurlar. İttiham olunanlar arasında müəllimlər, polislər, hakimlər və jurnalistlər də var.(bbc) Teqlər : #Türkiyə: 4,#5 min dövlət işçisi işdən azad olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqın Hizbullah komandirlərindən biri terror edilib Trump saatbasaat gözdən düşür
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO