Türkiyədə 33 065 təhsil işçisi vəzifəsindən azad edilib

Türkiyədə 33 065 təhsil işçisi vəzifəsindən azad edilib

İsmət Yılmaz: “Onları işdən çıxarmaqdan məmnun deyilik”
 
Türkiyə Milli Təhsil Nazirliyindən 33 065 nəfər işdən azad edilib.
 
“Report” xəbər verir ki, bunu təhsil naziri İsmət Yılmaz "Anadolu"a müsahibəsində bildirib.
 
“Onları işdən çıxarmaqdan məmnun deyilik. Ancaq bundan başqa çarə yoxdur. Əgə siz onları qanunsuz elan etməsəniz, o zaman Rusiyanın Türkiyədəki səfirinə edilən sui-qəsd kimi hadisələr, hətta daha faciəli hadisələrlə qarşı-qarşıya qala bilərsiniz”, - deyə o vurğulayıb.
 
Nazir deyib ki, 7 210 nəfər isə sərəncamdadır və onların iyulun 15-dəki dövlət çevrilişinə cəhdlə əlaqəsinin olub-olmaması araşdırılır. /

Google+ WhatsApp ok.ru