Türkiyədə Gülənlə əlaqədar 113 min nəfər saxlanılıb

Türkiyədə Gülənlə əlaqədar 113 min nəfər saxlanılıb

Türkiyədə çevriliş cəhdindən sonra ötən 8 ayda  FETÖ ilə əlaqədə şübhəli bilinən 113 mindən artıq vətəndaş hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Onların təqribən 50 min nəfəri həbsdədir. FaktXəbər-in Anadolu-ya istinadla məlumatına görə, bu barədə Türkiyənin  DİN  rəhbəri  Süleyman Soylu xəbər verib.
 
«Həbs olunanlar arasında 10732 polis, 7643 hərbçi, 168 general, 2575 hakim və prokuror, 208 məmur və 26177 mülki vətəndaş var», - deyə Soylu bildirib.
 
Nazir vurğulayıb ki, hazırda Gülənlə əlaqədə şübhəli bilinən 47 min nəfər həbsdədir.
 
Ümumilikdə 113260 nəfər saxlanılıb: 65,36-sı sonradan azadlığa buraxılıb, onlardan da 41,5 minin hüquq mühafizəçilərin nəzarətindədir.
 
Nazir iddia edir ki, 863 nəfər qaçıb.
 
Xatırladaq ki, 2016-cı ilin iyulun 15-də  Türkiyə Silahdlı Qüvvələrindən  bir qrupp  əskər və zabit dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurma  İstanbul və Ankarada yaşanıb.  Ümumilikdə, qiyamçıları nəzərə almadan 246 nəfər həlak olub, 2 mindən artıq insan yaralanıb. Hökumət vəziyyəti nəzarətə ala bilir. Ankara qiyamın  təşkilatçılığında, Güləni və onun tərəfdaşlarını ittiham edir. Bununla əlaqədar  Türkiyə hökuməti «fətullahçılarla» əlaqədar minlərlə  təşkilatı bağladı, həmçinin Dövlət Aparatın, orduda genişmiqyaslı təmizləmə əməliyyatlarına başladı. Bu günə kimi ölkə boyu müxtəlif strukturlarda yüz mindən artıq dövlət qulluqçusu işindən qoyulub, yaxud  kənarlaşdırılıb. Gülənin Türkiyədə yaşayan qohumlarının əksəriyyəti həbs olunub. Gülənin özü hazırda  ABŞ-dadır. /

Google+ WhatsApp ok.ru