Türkiyədə fövqəladə vəziyyət rejimində yeni qərarlar açıqlanıb 25 Avqust 2017 01:00 Dünya Türkiyə Milli İstihbarat Təşkilatı (Milli Kəşfiyyat Təşkilatı) ölkə prezidentinin birbaşa tabeliyinə verilib. Bununla bağlı qərar “Resmi Gazete”də dərc olunub. Fövqəladə vəziyyət rejimində qəbul olunan qanun hökmündə qərara əsasən, Milli İstihbarat Təşkilatı (MİT) rəhbərinin başçılıq etdiyi MİT Əlaqələndirmə Qurumuna da bundan sonra prezident sədrlik edəcək. Sənədə görə, bundan sonra Türkiyə Silahlı Qüvvələri və Müdafiə Nazirliyinin əməkdaşları ilə bağlı bütün xidməti informasiyaları MİT toplayacaq, təhlil edəcək və aidiyyatı qurumlara ötürəcək. Qərara əsasən, Türkiyə yüksək təhsil qurumlarından 120 elm adamı, Müdafiə Nazirliyinin 19, Silahlı Qüvvələrin Baş Qərargahının 1, Quru Qoşunları Komandanlığının 106, Dəniz Qüvvələri Komandanlığının 40, Hava Qüvvələri Komandanlığının 59 əməkdaş işdən azad edilib. Qeyd edək ki, indiyə qədər MİT rəhbəri Nazirlər Kabinetinin üzvü olmaqla yanaşı təyinatı parlamentdə təsdiqlənirdi. (report) / Teqlər : #Türkiyədə fövqəladə vəziyyət rejimində yeni qərarlar açıqlanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: İlin əvvəlindən Avropa yolunda 2 mindən çox miqrant həlak olub və ya itkin düşüb Səudiyyə Ərəbistan rejim hərbiçiləri Əvamiyyədə “Eynül-Hüseyn” məscidini dağıdıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO