Türkmənistanda prezidentliyə 9 namizəd var

Türkmənistanda prezidentliyə 9 namizəd var

Türkmənistanda prezident seçkisinə qatılacaq 9 namizəd qeydiyyatdan keçib. Namizədlərin hamısı dövlət idarələrində rəhbər vəzifələrdə işləyənlər, parlament üzvləri, bir də ölkənin hazırkı prezidenti Gurbanguly Berdimuhamedow-dur.
 
Türkmənistanın Mərkəzi Seçki Komissiyası namizədlərin hamısının sertifikatla təmin olunduğunu bildirib.
 
Prezident Gurbanguly Berdimuhamedow ötən bazar televiziya ilə çıxış edərək, öz seçki proqramı haqda danışıb, sonra isə televiziyanın ona ayırdığı qalan vaxtı digər namizədlərə verdiyini deyib.
 
Türkmənistanda prezident seçkisi fevralın 12-nə təyin olunub. (azadliq.org) /

Google+ WhatsApp ok.ru