Türkmənistanda kommunal ödənişlər kəskin artdı 12 Oktyabr 2017 01:00 Dünya Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov oktyabrın 11-də su, qaz və elektrik istehlakına güzəştləri ləğv edib. Prezident belə bir sərəncamı enerji qiymətlərinin düşməsiylə hökumətin gəlirlərinin azalması nəticəsində imzalayıb. Maide.Az xəbər verir ki, «Reuters» agentliyinin məlumatına görə, bu addım türkmənlərin gələn aydan kran suyuna görə 25 dəfə artıq ödəniş etməsinə gətirəcək. Sərəncama görə, noyabrın 1-dən ayda adambaşına 7.5 kubmetrdən artıq istifadə olunan hər 10 kubmetr suya görə ödəniş hazırkı 0.2 manatdan (0.06 dollar) 5 manata (1.43 dollar) qalxır. Berdymukhammedov bu həftənin əvvəlində kabinetin iclasında deyirdi ki, subsidiyalar tədricən azalacaq. Bu, daha çox qiymət artımının olacağı anlamına gəlir. «Dövlət vəsaitinə səmərəli qənaət etməyin vaxtı çatıb», – Berdymukhammedov deyib. Bu keçmiş sovet respublikasının vətəndaşları hələ də məişət qazı və elektrikin bir hissəsini havayı alırlar. 5.5 milyon əhalisi olan Türkmənistanda dünyanın dördüncü böyük təbii qaz ehtiyatları yerləşir.(azadliq.org) Teqlər : #Türkmənistanda kommunal ödənişlər kəskin artdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada acların 60 faizi qadınlar və qızlardır Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünün vaxtı məlum olub -YENİLƏNİB
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO