Türkmənistanda yaşı 40-dan aşağı olanları xaricə buraxmırlar 28 İyun 2018 01:00 Dünya -- Türkmənistan hakimiyyəti bu məhdudiyyət barədə... Türkmənistanda ölkədən xaricə çıxmaq üçün yaş həddi 40-a qaldırılıb. Bu barədə iyunun 28-də AzadlıqRadiosunun türkmən xidməti məlumat yayıb. Saparmurad Türkmenbaşı,Yilanlı və Goroğlu rayonlarının sakinləri deyirlər ki, turist vizası almaq üçün miqrasiya xidmətinə müraciət etsələr də rəd cavabı alıblar. Onların sözlərinə görə, yuxarılardan gələn göstərişə əsasən xaricə getmək üçün yaş həddi 40-a qaldırılıb. Bunun nəyə görə edilməsi ilə bağlı suala gəldikdə isə məmurlar deyiblər ki, vilayətdə artıq əmək qabiliyyətli adam qalmayıb. Bunu AzadlıqRadiosunun türkmən xidmətinə Saparmurad Türkmənbaşı rayonunun özünü Şadurdıyev kimi təqdim edən 36 yaşlı sakini deyib. Amma AzadlıqRadiosu yeni məhdudiyyət barədə Miqrasiya xidmətindən heç bir şərh ala bilməyib. Hələ bu il aprelin ortalarında məlumat verilmişdi ki, hakimiyyət yaşı 30-a çatmayan gəncləri ölkədən xaricə buraxmamamağa hazırlaşır. Türkmənistan hakimiyyəti bu məhdudiyyət barədə hələ ki, rəsmi açıqlama verməyib. Teqlər : #Türkmənistanda yaşı 40dan aşağı olanları xaricə buraxmırlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda polis bölməsinə hücum olunub Avropa Birliyi dağıla bilər - Merkel əsas səbəbi AÇIQLADI
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO