Türk ordusu terror nəticəsində 15 əsgərini itirdi

Ötən gecə Türkiyədə baş vermiş terror hadisəsi nəticəsində çoxlu sayda şəhid və yaralının olduğu bildirilir.
 
Maide.az-ın Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə,  Hakkarinin Dağlıca bölgəsində PKK terror təşkilatının üzvlərinin yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.
 
Nəticədə şəhid və yaralıların olduğu bildirilir.
 
Hadisə ilə bağlı Türkiyə Baş Qərargahının yaydığı açıqlamada şəhid və yaralı sayı göstərilməyib.
 
Açıqlamada qeyd olunub ki, hadisədən dərhal sonra bölgədə həyata keçirilən hava əməliyyatında terror təşkilatına məxsus 13 hədəf vurulub.
 
“Reuters” xəbər agentliyi isə terror nəticəsində  15 əsgərin şəhid olduğunu yazıb.
 
Məlumata görə, yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb.
 
Agentlik hadisədə yaralanan əsgərlərdən 6-nın Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirildiyini də qeyd edib. 

Google+ WhatsApp ok.ru