Tunisdə miqrantları daşıyan qayıq batdı, 11 nəfər öldü

Tunisdə miqrantları daşıyan qayıq batdı, 11 nəfər öldü

Tunisdə qeyri-leqal miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 11 nəfər ölüb.
 
Maide.Az "reuters"ə istinadla  xəbər verir ki, hadisə bazar günü  miqrantlar Aralıq dənizindən İtaliyanın Lampedusa adasına keçməyə çalışarkən baş verib. 
 
Tunisin sahil mühafizəsi, bazar günü Sfax yaxınlığında sahildən səkkiz qadın və üç uşağın cəsədini çıxardığını bildirib.
 
Rəsmilər, İtaliyaya çatmağı hədəfləyən təxminən 30 nəfərin gəmiyə mindiyini bildirib. Hazırda sahil mühafizə xidməti itkin düşən digər şəxsləri axtarır.
 
 

 

Google+ WhatsApp ok.ru