Tunislilər terror aktından sonra küçəyə töküldü

Tunis xalqı dünən məclis binasının yanındakı muzeyə qarşı həyata keçirilən və əksəriyyəti xarici turist olmaqla 21 nəfərin həyatını itirməsi ilə nəticələnən silahlı hücumdan sonra küçələrə tökülüb.
 
Maide.az xəbər verir ki, hücumdan sonra axşam saatlarında küçələrə çıxan tunislilər hücumu qınadıqlarını və terrora qarşı birlik olduqlarını deyiblər.
 
Aksiyalara qatılan Tunis İnsan Haqları Müdafiəçiləri Birliyinin sədri Əbd Səttar bin Musa, "Terrorizmə qarşı mübarizə üçün buradayıq" açıqlamasını verib.
 
 Tunisdəki meydanlarda toplanan nümayişçilər əllərində hücumları pisləyən yazıların olduğu plakatlar qaldırıblar.
 
Xatırladaq ki, paytaxt Tunisdəki məclis binasının qonşuluğundakı muzeydə dünən silahlı şəxslərin turistləri girov götürməsindən sonra baş verən qarşıdurmada 17 turist, biri təhlükəsizlik işçisi və 2 dinc sakin ölmüşdü. 2 təcavüzkarın öldürüldüyü münaqişədə 22 turistin yaralandığı açıqlanmışdı.
 
Ölən turistlərin 13-nün İtaliya, 7-sinin Fransa, 4-nün Yaponiya, 6-sının Tunis, 11-nin Polşa, birinin Rusiya və 2-sinin Cənubi Afrika vətəndaşı olduğu bildirilmişdi.

Google+ WhatsApp ok.ru