Ukraynada müharibə yenidən başladı: 25 ölü

Ukraynada müharibə yenidən başladı: 25 ölü

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.
 
Rusiya tərəfdarı olan silahlı qruplarla Ukrayna əsgərləri arasında şiddətli döyüşlər başlayıb. 
 
Nəticədə 20 nəfər Rusiya tərəfdarı və 5 ukraynalı əsgər həlak olub.
 
Tərəflər atəşkəsin pozulmasında bir-birlərini təqsirləndiriblər. 
 
Ukraynanın Müdafiə Nazirliyi iddia edir ki, Debaltsevdəki rusiyayönümlü silahlı dəstələr ukraynalı əsgərləri 2 saat aralıqsız atəşə tutub. Donbass bölgəsində Rusiya tərəfdarları ilə Ukrayna qüvvələri arasında toqquşmaların başladığı 6 aprel 2014-cü ildən indiyədək 10 mindən çox insan dünyasını dəyişib. (azvision)

Google+ WhatsApp ok.ru